Fransada Zelenskinin çıxışları 10 avrodan satışa çıxarılıbFOTO

Fransada Ukrayna prezidenti Vladimir Zelenskinin çıxışlar toplusu çapdan çıxıb.

Azpost.info xəbər verir ki, topluda Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bu yana Zelenskinin ən parlaq çıxışları yer alıb. “Grasset” nəşriyyatı tərəfindən nəşr olunan “Ukrayna üçün” adlı toplu 220 səhifədən və 23 çıxışdan ibarətdir. “Prezident Zelenskinin müharibə başlayandan bəri çıxışlarının ən əhəmiyyətliləridir”, – nəşriyyatdan bildiriblər. Kitabın qiyməti 10 avrodur. Satışdan əldə olunan bütün gəlirlərin Ukrayna xalqına dəstək üçün bağışlanması planlaşdırılır.

Azpost.info

Əvvəlki məqalə

Dövlət Sərhəd Xidmətinin hərbçisi intihar edib

Sonrakı məqalə

“Qayıtdıq”” –