Fransanın 42 departamenti qırmızı zona elan edilib-Koronavirus sürətlə yayılır

COVID-19 infeksiyası Fransanı yenidən bürüyüb və son sutka ərzində 7 183 yeni yoluxma qeydə alınıb.

Bu haqda Fransa Dövlət Səhiyyə İdarəsi məlumat verib. Virusun ölkədə sürətlə yayıldığı və qrup yoluxmalarının çoxaldığı vurğulanıb. Ölkənin 42 departamenti qırmızı zona elan edilib.

Baş Nazir Jan Kasteks Tvitter hesabında xəstəxanaya daxil olan xəstələrin sayının artması ilə bağlı hökumətin narahatlığını bildirib. O qeyd edib ki, “virus bir neçə ay bizimlədir, ümumi karantin rejimi tətbiq etmədən onunla yaşamağı öyrənməyi bacarmalıyıq”.

Təhsil sistemində vəziyyətin daha da kəskinləşdiyi və qrup yoluxmalarının artdığı xüsusi qeyd olunub. Ali təhsil üzrə nazir Frederik Vidal “kollektiv səy” göstərməyə çağırış edərək, virusun yayılmasının artmasını sanitar qaydalara riayət olunmamasında görüb. Ren (Rennes) Universitetində 43 yoluxma qeydə alınıb və Tibb fakültəsində dərslər onlayn sistemə keçirilib.

Ölkədə epidemiya başlayandan 381 094 yoluxma qeydə alınıb. Son sutka ərzində 2 464 yeni xəstə xəstəxanalara daxil olub. Yoluxanların 19 faizinin 40 yaşdan aşağı olduğu bildirilərək, bu rəqəmin mart–aprel aylarında 8 faiz olduğu vurğulanıb. Reanimasiya şöbələrində ağır xəstələrin sayı 635-ə çatıb.

Epidemiya başlayandan 381 094 yoluxma qeydə alınıb və xəstəxanalara daxil olan 114 196 xəstədən 88 742-si sağalıb. Ümumi ölüm sayı 30 916-ya çatıb.

Ölkədə 826 qrup yoluxmasından 66-sı son sutkada qeydə alınıb.

Xatırladaq ki, son günlər oktyabr və noyabr aylarında Sars-CoV-2 virusunun daha çox can alacağı səsləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə seçki keçirildi

Sonrakı məqalə

Soçidə Putin və Lukaşenko arasında təkbətək görüş başlanıb