Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə seçki keçirildi

Sentyabrın 14-də AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə seçkilər keçirilib.

Səsvermə prosesində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev və klub nümayəndələri iştirak ediblər.

Tədbirdə “Qarabağ”ı direktor Emrah Çelikel, “Neftçi” və “Qəbələ” klublarını müvafiq olaraq prezidentlər Kamran Quliyev və Fariz Nəcəfov, “Keşlə” və “Sabah”ı baş menecerlər Eldəniz Yusubov və Nəsimi Musayev, “Zirə” və “Səbail”i icraçı direktorlar Cahangir Məmmədov və Fərəc Əliyev təmsil ediblər. “Sumqayıt”ı təmsil etməli olan nümayəndə səsverməyə qatılmasa da, rəsmi məktubla hazırkı prezidentə səs verdiyi ifadə edib.

Seçkidə klubların nümayəndələri yekdilliklə Ramin Musayevə səs veriblər. Beləliklə, Ramin Musayev növbəti dəfə dörd il müddətə Peşəkar Futbol Liqasına rəhbərlik edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Neft yataqlarımız nə vaxtsa tükənəcək, bu boşluğu qeyri-neft sektoru hesabına təmin etməliyik” –

Sonrakı məqalə

Fransanın 42 departamenti qırmızı zona elan edilib-