Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Fransanın canfəşanlığı məsələni gərginləşdirməyə yönəlib

Orkhan Ali 26 Fevral 2024 - 12:46 (Last updated: 21 May 2025 - 20:15)
65dc44f023dfc65dc44f023dfd170893438465dc44f023dfa65dc44f023dfb

Bütün istiqamətlərdə hər hansı bir müsbət addımlar atılan zaman Fransa çox böyük canfəşanlıq edir. Fransanın canfəşanlığı məhz məsələni gərginləşdirməyə yönəlib və müsbət istiqamətdə inkişafa mane olmaqdır.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, Almaniya Kansleri Olaf Şoltsun təşəbbüsü ilə baş tutan görüş kifayət qədər müsbət qiymətləndirildi, normal mühitdə keçdi, prosesin davam etməsinin vacibliyi qeyd olundu. Bundan dərhal sonra Fransa prezidenti açıqlama verdi, növbəti gün Fransa müdafiə nazirinin Ermənistana gəlib orda təhdidedici bir açıqlama yaydı. Qranada görüşündən bir gün öncə, – Azərbaycan Prezidentinin iştirakı nəzərdə tutulurdu, – Fransanın ovaxtki xarici işlər naziri Ermənistana gəldi. O, Ermənistanın silahlanması ilə bağlı bəyanatlar etdi, Azərbaycana qarşı şər və böhtanlar yağdırdı.

“Qranada görüşü ilə eyni gündə Avropa Parlamentində Azərbaycana dair dinləmələr keçirildi və sənəd qəbul edildi. Təbii ki, bütün bunlara baxanda görürsən ki, bu addımlar məqsədli və planlı şəkildə atılıb, müsbət inkişafın qarşısının alınmasına yönəlib. Bu da bir daha onu deməyə əsas verir ki, Azərbaycanın inkişafı, öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi bir çox qurumları, mərkəzləri narahat edir. Belə demək olarsa, onların sevimli oyuncağı əllərindən gedib”, – deyə Ceyhun Bayramov vurğulayıb.

Post navigation

Previous: Xocalı faciəsini yad edən bütün Azərbaycan xalqının qəminə şərikik
Next: Cənubi Koreya Rusiyaya qarşı ticarət sanksiyaların icrasına nəzarəti gücləndirir

Oxşar xəbərlər

ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09

xƏBƏR

paltaryuyan
  • Maraqlı

Paltaryuyan maşının qapısını yuyulmadan sonra bağlayırsınız? – Xəbərdarlıq

User 30 Oktyabr 2026 - 12:29
Bir çox insan paltar yuyulduqdan dərhal sonra paltaryuyan maşının qapısını bağlamağa çalışır. Onlar bunu qapının menteşələrinin və...
Read more about Paltaryuyan maşının qapısını yuyulmadan sonra bağlayırsınız? – Xəbərdarlıq
Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub tdt bas katib yeni
  • Dünya

Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub

User 30 Oktyabr 2026 - 12:13
Azərbaycanda bir gündə 97 nəfər saxlanıldı – 74-ü borclu çıxdı DIN
  • Kriminal

Azərbaycanda bir gündə 97 nəfər saxlanıldı – 74-ü borclu çıxdı

User 30 Oktyabr 2026 - 10:53
Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49
Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir Tramp
  • Dünya

Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir

User 30 Oktyabr 2026 - 10:13
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.