Fransanın keçmiş daxili işlər naziri prezidentliyə namizəd olacaq

Fransanın keçmiş daxili işlər naziri və mərkəz-sağ Respublikaçı Partiyasının rəhbəri Bruno Reytallo 2027-ci il seçkilərində prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb.

Azpost.info Reuters-ə istinadən xəbər verir ki, Reytallo prezident Emmanuel Makronun xələfi olmaq üçün şansını sınayan sonuncu şəxs olub.

Reytallo sosial media paylaşımında Fransanın “supergüc yırtıcılarının bütün dünyanı ovladığı” bir vaxtda zəiflədiyini bildirib.

Makron 2027-ci ildə yenidən namizədliyini irəli sürə bilməyəcək. Makronu açıq şəkildə tənqid edən Reytallo Fransanın “texnokratik ifratçılıqlardan” əziyyət çəkdiyini deyib.

İmmiqrasiya və narkotik cinayətlərinə qarşı sərt mövqeyi ilə seçilən Reytallo immiqrasiya qanununa yenidən baxmaq  üçün referendumlardan istifadə edəcəyini, Fransanın küçələrində və sərhədlərində nizam-intizam yaratmağa söz verib.

“Mən Fransada nizam-intizamı, ədaləti və qüruru qoruyacaq bir prezident olacağam”, – deyə o bildirib.

Reytallo həmçinin Fransanı yenidən sənayeləşdirmək istədiyini bildirib.

65 yaşlı siyasətçi 2024-cü ildən 2025-ci ilə qədər əvvəlcə keçmiş Baş nazir Mişel Barnyerin, daha sonra isə Fransua Bayrunun administrasiyasında daxili işlər naziri vəzifəsində çalışıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.