FTB ABŞ-a təhlükəli virus gətirən Çin vətəndaşını həbs edib

Federal Tədqiqatlar Bürosu ölkəyə təhlükəli bioloji patogen gətirdiyi güman edilən Çin vətəndaşını ABŞ ərazisində həbs edib.

AzPost bildirir ki, bu barədə FTB direktoru Kaş Patel məlumat verib.

İddiaya görə, Yunqinq Jian adlı vətəndaş işlədiyi Miçiqan Universitetində araşdırma aparmaq üçün aqroterror agenti hesab olunan “Fusarium graminearum” adlı təhlükəli göbələyi ABŞ-a gətirib.

Bu göbələk buğda, arpa, qarğıdalı və düyüdə, eləcə də həm insanlarda, mal-qarada ciddi sağlamlıq problemlərinə səbəb olan “qulaq çürüməsi” adlı xəstəliyə səbəb ola bilər.

Jiangınin Çin Kommunist Partiyasına sadiqliyi və  Çin hökumətindən patogen üzərində oxşar iş aparmaq üçün maliyyə almasına dair sübutlar da var.

Həmçinin təqsirləndirilən Jianın sevgilisi Zongyong Liu əvvəlcə yalan ifadə verib, daha sonra etiraf edib ki, o, Miçiqan Universitetində də araşdırma apara bilmək üçün Detroit Metropolitan Hava Limanı vasitəsilə “Fusarium graminearum”u qaçaq yolla ABŞ-a aparıb.

Hər iki şəxs sui-qəsddə, ABŞ-a qaçaqmalçılıq yolu ilə mal keçirməkdə, yalan ifadələr verməkdə və viza saxtakarlığında ittiham olunur.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.