FTX Hitlerin intiharı ilə bağlı məxfi materialları açıqladı –Fürerin şəxsi pilotu NKVD-yə nə deyib? (FOTO)

An undated and unlocated picture shows German Nazi chancellor Adolf Hitler looking at a tiara and a sculpture of Napoleon Bonaparte during his visit of an art exhibition. Rudolf Hess stands in the background. AFP PHOTO / FRANCE PRESSE VOIR / AFP PHOTO / FRANCE PRESSE VOIR / –

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Adolf Hitlerin 1945-ci ildə intiharı ilə bağlı yeni arxiv sənədlərini dərc edib.

Azpost.info xəbər verir ki, Novqorod vilayətində saxlanılan sənədlər arasında Hitlerin keçmiş şəxsi pilotu, polis general-leytenantı Hans Baurla bağlı istintaq materialları da var.

Həmin materiallarda Baurun 1945-ci ilin dekabrında NKVD tərəfindən dindirilməsi zamanı verdiyi ifadələr yer alıb.

Baur ifadəsində 1945-ci il aprelin sonuna qədər fürerin yaxın ətrafının onun planlarından xəbərsiz olduğunu deyib: “Aprel ayında Hitler Berlini tərk etməyəcəyini söylədi. Baxmayaraq ki, ətrafı onu şəhərdən çıxmağın vacibliynə inandırmağa çalışırdı. Aprelin 29-da o, ən yaxın silahdaşı Gebbels onu Yeva Braunla evləndirməyə məcbur etdi ki, onun məşuqə olduğunu deməsinlər”.

Pilot xatırlayır ki, Hitler qocalmışdı, əsəbi idi, əlləri titrəyirdi: “Deyirdi ki, mənim əsgərlərim artıq dözə bilmir və dözmək istəmirlər, mən də daha dözə bilmirəm. Öləndən sonra cəsədinin yandırılmasını əmr etdi”.

Baurun sözlərinə görə, intihar etməzdən bir neçə saat əvvəl Adolf Hitler sədaqətlə xidmətinə görə ona təşəkkür edib: “Hitler aprelin 30-da günortadan sonra məni çağırdı. Məni zalda qarşıladı və otağına apardı. Əlimi sıxıb dedi ki, Baur, mən səninlə vidalaşmaq istəyirəm. Bütün illər ərzində xidmətimə görə mənə təşəkkür etdi”.

Dindirmə zamanı Baur deyib ki, o, 30 aprel 1945-ci ildə axşam saat 6-7 radələrində bunkerdən çıxıb və saat 9 radələrində oraya qayıdıb: “Bu vaxta qədər Hitler və Yeva Braun artıq ölmüşdülər. SS mənə onların cəsədlərinin imperiya bağında yandığını söylədi”.

FTX-nın məlumatına görə, Adolf Hitler və Yeva Braun özlərini güllələyiblər. Onların cəsədlərini benzin tökərək bağçada yandırıblar. Hitler və Braunun cəsədləri mayın 13-də Reyx kanslerinin bağında “Smerş” əks-kəşfiyyat idarəsinin əməkdaşları tərəfindən aşkar edilib. Cəsədlərin onlara aid olduğu çoxsaylı məhkəmə-tibb ekspertizaları ilə təsdiqlənib.

O da məlum olub ki, 1945-ci il mayın əvvəllərində Hitlerin şəxsi katibi “boz kardinal” Martin Borman Berlindən təyyarə ilə qaçmağa ümid edib: “Mayın 2-də qaçmaq istəyərkən o, ağır yaralanıb və intihar edib”.

 

Azpost.info

Əvvəlki məqalə

Sumqayıtda IVECO markalı avtomobillərin istehsalına başlanılır

Sonrakı məqalə

Britaniya Şərqi Avropaya 8 min əsgər göndərir –