Fuad Muradov İsrail mətbuatına müsahibə verib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsrailə səfəri çərçivəsində bu ölkənin nüfuzlu “The Times of İsrael” qəzetinə müsahibə verib.

Larri Lüksnerin müsahibə əsasında hazırladığı məqalədə nümayəndə heyətinin səfəri haqqında məlumat verilib, DİDK sədrinin İstaildəki Azərbaycan icması, yerli iş adamları ilə görüşlərindən yazılıb.
Müəllif Fuad Muradovun fikirlərinə də geniş yer ayırıb. DİDK sədri iki dövlət arasında diplomatik, ticarət və digər sahələrdə qurulan əməkdaşlıqdan, bu ölkədəki Azərbaycandan köçmüş 70 minədək yəhudinin yaşamasından,  Azərbaycanda isə tarixən yəhudilərə tolerant münasibətin mövcudluğundan danışıb.

Müsahibə aşağıdakı linkldə yerləşdirilib.

https://blogs.timesofisrael.com/azerbaijan-group-visits-israel-hoping-to-boost-diaspora-ties/?fbclid=IwAR3AUKRZlDScpdaiXdXekl3dN_3Tw3kSxDghL2–Jvw8z7M0vNVmq4YmHmc

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Jurnalistlərin səfərləri etimadın möhkəmlənməsinə xidmət edə bilər”-

Sonrakı məqalə

Siyavuş Novruzov: