Asiyada hərəkət edən “Fung-Vong” tayfunu Tayvan adasında ciddi dağıntılara səbəb olub. AzPost xəbər verir ki, tufan nəticəsində 51 nəfər xəsarət alıb.
Tayfuna müşayiət edən güclü yağışlar və külək böyük su basqınları yaradıb, nəqliyyat sisteminin işləməsini əngəlləyib. Bəzi ərazilərdə yağıntının miqdarı 1061,5 mm-ə çataraq rekord həddə yüksəlib və fəlakət səviyyəsində daşqınlara səbəb olub.
Ən ağır vəziyyət İlan əyalətində yaranıb: 25 rayon su altında qalıb, təxminən 6 min ev elektrik enerjisiz qalıb, dəmir yolu hərəkəti dayanıb və təxminən 100 sərnişin gəmisi reysi ləğv olunub.
Tayfun əvvəlcədən Filippinləri də vurub. Orada daşqınlar nəticəsində azı iki nəfər həlak olub, bir milyondan çox insan təxliyə edilib, 300-dən çox daxili və beynəlxalq reys ləğv olunub.
Hazırda regionda ekstremal hava şəraiti davam edir və milyonlarla insanın gündəlik həyatı təsirlənib.