Futbol ulduzu Azərbaycanda oynamaq üçün təklif alıb

İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli Azərbaycandan təklif alıb.
Bu barədə 33 yaşlı hücumçunun meneceri Enzo Rayola açıqlamasında deyib.
O bildirib ki, ulduz futbolçu ilə bağlı Azərbaycanla yanaşı, bir neçə ölkədən zəng gəlib:
“Çoxları mənimlə əlaqə saxlayırlar. Mario İtaliyaya qayıtmaq istəyir. Bu, onun üçün arzudur. Mənə isə İsrail, Azərbaycan, Argentina, Braziliya və Çindən zəng edirlər”.
Qeyd edək ki, hazırda Türkiyənin “Adana Dəmirspor” klubunda çıxış edən Mario Balotellinin qış transfer dönəmində komandadan ayrılması gözlənilir. (Qaynar.info)
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.