Futbolçu Paulo Dibala və sevgilisi koronavirusa yoluxub

“Yuventus”un daha bir futbolçusunda koronavirus infeksiyası aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, hücumçu Paulo Dibalanın testləri müsbət nəticə verib.

Bu barədə argentinalı superulduz özü məlumat yayıb. O bildirib ki, həm özünün, həm də sevgilisi Oriana Sabatininin koronavirusa yoluxduğu müəyyənləşib. Onlar artıq karantinə alınıblar.

Qeyd edək ki, bundan əvvəl “Yuventus”un müdafiəçisi Daniele Ruqani və yarımmüdafiəçisi Blez Matuididə də koronavirus xəstəliyi aşkarlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Gilan Holding” Koronavirus Fonduna 1 milyon manat verdi

Sonrakı məqalə

Türkiyədən gətirilən 248 azərbaycanlı Lənkəran və Masallıda karantinə yerləşdirilib –