Futbolçunun ürəyi tutdu, oyun yarımçıq dayandırıldı

İtaliya A Seriyasının 32-ci turunda keçirilən “Udineze” – “Roma” oyununda xoşagəlməz hadisə yaşanıb.

Qarşılaşmanın 72-ci dəqiqəsində “Roma”nın futbolçusu Evan N’Dika ürək tutması keçirib.

Qəflətən halı pisləşən 24 yaşlı oyunçuya ilk tibbi müdaxilə meydanda edilib.

Matçın baş hakimi bu səbəbdən oyunu yarımçıq dayandırmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, hadisə baş verən dəqiqəyə qədər görüş 1:1 hesabı ilə davam edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.