“Futbolumuzun inkişafı üçün planlar var” –Qurban Qurbanov AFFA-nın iclasından danışdı

Qurban Qurbanov
Qurban Qurbanov

“Maraqlı görüş oldu. Gələcəkdə həyata keçirmək istədiyimiz ümumi planlarla bağlı danışdıq. Diqqət ayırmalı olduğumuz mövzular barədə müzakirələr aparıldı”.

Bu sözləri Qurban Qurbanov AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

İcraiyyə Komitəsinin üzvü bildirib ki, müzakirə edilən fikirlərin hamısını həyata keçirmək heç də asan deyil: “Müəyyən detallar var idi ki, hər birimiz bu barədə fikirlərimizi bölüşdük. Belə görüşlərin tez-tez keçirilməsi nəzərə alındı. Futbolumuzun inkişafı üçün planlar var. Premyer Liqada bəzi klublarımızın büdcə ilə bağlı problemləri var. Gələcək illərdə həmin komandaların infrastrukturlarının yaxşılaşdırılması nəzərə alındı. Komanda sayında isə hələ ki, dəyişiklik olmayacaq”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.