Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Füzuli şəhərinə ilkin olaraq 267 ailənin köçürülməsi planlaşdırılır

User 18 Avqust 2023 - 09:08 (Last updated: 21 May 2025 - 20:15)
fuad qacqinkom

Füzuli şəhərinə ilkin olaraq 267 ailənin köçürülməsi planlaşdırılır. Avqustun 5-də 144 ailə arasında ədalətlilik və obyektivlik prinsipi əsasında püşaktma keçirildi. Böyük Qayıdış Dövlət Proqramına uyğun olaraq bu proses mərhələli şəkildə davam etdiriləcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) sədrinin müavini Fuad Hüseynov deyib.

Qayıdış prosesinin kompleks bir məsələ olduğunu diqqətə çatdıran dövlət komitəsinin rəsmisi bildirib ki, insanların məskunlaşması ilə bərabər, onların sosial, yəni məşğulluq, təhsil, sağlamlığı ilə bağlı məsələlər də diqqətdə saxlanılır, zəruri addımlar atılır.

“Komitə bu məsələdə aidiyyəti qurumlarla birgə işləyir. TƏBİB-lə razılaşmaya əsasən qayıdışdan öncə sakinlər pulsuz tibbi müayinədən keçirlər və yüksək səviyyədə yoxlanırlar”, – deyə Fuad Hüseynov diqqətə çatdırıb.

Mina təhlükəsinin qayıdış prosesinə ən böyük maneələrdən biri olduğunu qeyd edən sədr müavini torpaqlarımızın mina və partlamamış sursatla çirkləndirildiyini bildirib: “Beynəlxalq ekspertlərin rəyinə əsasən, həmin sahələr dünyada ən çirkli ərazilər hesab olunur. Minalardan təmizləmə çox çətin bir prosesdir. Bu, həm vaxt aparan işdir, həm də maliyyə vəsaiti tələb edir. Amma dövlətimiz bu işin də öhdəsindən gələcək və erməni vandallarının xarabazara və çirkli ərazilərə çevirdiyi torpaqlar gülüstana, həyat qaynayan bir məkana dönəcək. Azərbaycan dünyaya postmüharibə dövründə sürətli bərpa və yenidənqurma, keçmiş məcburi köçkünlərin reinteqrasiya prosesi modelini tezliklə bütün dünyaya təqdim edəcək”.

Post navigation

Previous: Bayden Şimali Koreya lideri ilə görüşməyə hazırdır
Next: Azərbaycana mal idxal edən ilk “beşlik”də hansı ölkələr yer alır? –

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.