Füzulidə daha 2 erməni hərbçisinin qalıqları aşkar olunub

28 İyul 2021 - 18:29

İşğaldan azad olunmuş Füzuli rayonunda daha 2 erməni hərbçisinin qalıqları aşkar olunub.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.

Qeyd edək ki, bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1 618 erməni hərbçisinin cəsədi və ya qalıqları tapılaraq Ermənistan tərəfinə təhvil verilib.