Füzulinin azad edilən ərazisində 1263 nəşə kolu aşkar edilib –

"Xaşxaş -2021" əməliyyatı
09 İyul 2021 - 08:49

Füzulidə “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Füzuli rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı rayonun işğaldan azad edilən Qacar kəndi ərazisində çəkisi 217 kiloqram olan 1263 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.