Füzulinin minalanmış ərazisində yanğın başlayıb –VİDEO

Fövqəladə Hallar Nazirliyinə (FHN) Füzuli rayonunun Qarazalı kəndində (Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-nin verdiyi xəbərə görə, məlumat əsasında dərhal Nazirliyin Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb.

Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SSRİ-də çevriliş xəbərini ilk dəfə efirdə xəbər verən aparıcı vəfat edib

Sonrakı məqalə

Xəzərdəki partlayışla bağlı mətbuat konfransı keçirilir-