“Fənərbağça” penalti ilə qələbə qazanıb

Futbol üzrə Türkiyə Superliqasında XXII turun növbəti oyunları keçirilib.

İkinci oyun günündə dörd qarşılaşma olub.

Lider “Fənərbağça” “Başakşəhər”in qonağı olub. Matçın taleyini bir qol həll edib. 90+4-cü dəqiqədə Mişi Batşuayinin penaltidən vurduğu qol qonaqlara vacib qələbə qazandırıb. “Başakşəhər”in heyətində iki futbolçu qırmızı vərəqə alaraq meydandan qovulub.

Günün digər oyunlarında “Ankaragücü” “Fatih Karagümrük”ə 2:0, “Antalyaspor” “Sivasspor”a 2:1 hesabı ilə qalib gəlib, “Qaziantep” – “Konyaspor” görüşü isə heç-heçə başa çatıb – 1:1.

Qeyd edək ki, ilk pillədə qərarlaşan “Fənərbağça”nın 57 xalı var. Liderdən 3 xal az toplayan “Qalatasaray” ikincidir. “Trabzonspor” 37 xalla üçüncü, “Beşiktaş” 36 xalla dördüncü pillədə yer alıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.