Gədəbəy rayonuna diametri 6 millimetr olan dolu düşüb

Milli Hidrometeorologiya Xidmətinin iyunun 1-i saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Ordubad, Daşkəsən, Neftçala, Göygöl, Gədəbəy, Lerik, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, saat 15:12-də Gədəbəy rayonuna qısamüddətli, diametri 6 millimetr olan dolu düşüb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-29°, Naxçıvanda 23-27°, Aran rayonlarında 28-31° isti, dağlıq rayonlarda 23°, yüksək dağlıq ərazilərdə 12°-dək isti olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.