Gələn ay 12 gün iş olmayacaq

Təqvim
Təqvim

Azərbaycanda gələn ay ardıcıl 4 gün iş olmayacaq.

8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olacaq.

Ardıcıl dörd gün – 8, 9, 10, 11 noyabr qeyri-iş günü olacaq.

Noyabr ayında şənbə və bazar günləri də daxil olmaqla 1, 2, 8, 9, 10, 11, 15, 16, 22, 23, 29 və 30 noyabr tarixləri qeyri-iş günləridir. Belə ki, ümumilikdə 12 qeyri-iş günü olacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.