“Gələn il kassa-nəzarət aparatları bütün ticarət şəbəkələrini əhatə edəcək”

- Nazir müavini
16 Yanvar 2020 - 13:54

“Azərbaycanda nəzarət-kassa aparatlarının quraşdırılması prosesi mərhələli şəkildə davam etdiriləcək”.

APA-Economics”in məlumatına görə, bunu 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda çıxış edən Vergilər nazirinin müavini İlkin Vəliyev deyib.

Onun sözlərinə görə, nəzarət-kassa aparatlarının quraşdırılması prosesi mərhələli şəkildə davam etdiriləcək və 2021-ci ildə tam olaraq bütün ticarət şəbəkələrində nəzarət-kassa aparatlarının quraşdırılması tam başa çatacaq.

“Bu işlər Nazirlər Kabinetinin qərarı əsasında qrafik şəkildə təsdiq olunub və təxminən 4 mərhələdən ibarətdir. Artıq 1 və 2-ci mərhələlər 2019-cu ildə başa çatıb, 3-cü mərhələ 2020-ci ildə həyata keçiriləcək və 2021-ci ildə tam olaraq bütün ticarət şəbəkələrini əhatə edəcək”, – deyə İ. Vəliyev qeyd edib.