“Gələn il maaşların artırılması üçün vəsait nəzərdə tutulub” –SAMİR ŞƏRİFOV

Samir Şərifov bu vəzifəyə
Samir Şərifov bu vəzifəyə

“Sosial müdafiə və sosial təminat üçün gələn ilin dövlət büdcəsindən 3 milyard manatdan çox vəsait ayrılacaq”.
Azpost.info APA-ya istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, növbəti ilin dövlət büdcəsində əməkhaqlarının artırılması üçün vəsait nəzərdə tutulub: “Həmin artımlar hesabına sosial sığorta yığımları da artacaq. Eyni zamanda ölkədə qeyri-formal məşğulluğun azaldılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi sosial sığorta haqlarının yığımına və artmasına müsbət təsir edib. Sosial sığorta haqlarının artması hesabına Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artır. Növbəti ildə aztəminatlı ailələrə verilən vəsait üçün də ayırmalar büdcədə qeyd edilib. Əlavə məşğulluğun təşkili üçün də büdcədən müvafiq vəsait yönəldilib”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir