Gələn il pensiyaçılar üçün yaşayış minimumunun həddi məlum olub

27 Oktyabr 2021 - 15:10

Gələn il Azərbaycanda pensiyaçılar üçün yaşayış minimumunun həddi 173 manat olacaq.

Bu, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, 2021-ci ildə pensiyaçılar üçün yaşayış minimumunun həddi 162 manat olub.