“Gəmiqaya İnşaat” “şirkəti Arkoz İnşaat”dan ayrılıb

“Arkoz İnşaat Şirkəti” MMC “Gəmiqaya İnşaat” MMC-nin tərkibindən ayrılıb.

Bu barədə “Arkoz İnşaat Şirkəti”ndən bildirilib.

Məlumata görə, “Arkoz İnşaat Şirkəti” MMC ayrılmadan sonra yenidən təşkil edilib.

“Arkoz İnşaat Şirkəti” MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 8,2 milyon manat olan şirkətin qanuni təmsilçisi Volkan Ozerdir.

Qeyd edək ki, bundan əvvəl “Gəmiqaya Holdinq”in də adı dəyişdirilərək “Arkoz Holdinq” olub.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.