Gəncədə 13 yaşlı Artur Mayakov ilə vida mərasimi keçirilir –

FOTO
25 Oktyabr 2020 - 11:41

Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsində erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Artur Mayakov ilə vida mərasimi keçirilir.

Vida mərasimində şəhər rəhbərliyi, rus icmasının nümayəndələri, şəhər sakinləri, Artur Mayakovun müəllimləri iştirak edirlər. Kilsədə dualar oxunur, 13 yaşlı Arturun və Ermənistan ordusunun Gəncədə törətdiyi  terrorun qurbanlarının xatirəsi anılır. (APA)