Oktyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17 dərəcə, gündüz 20-25 dərəcə, Bakıda gecə 15-17 dərəcə, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14 dərəcə, gündüz 21-26 dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 16-21 dərəcə isti olacaq.