Gəncədə 2 nəfər dəm qazından zəhərlənib

04 Fevral 2020 - 22:08

Gəncə qadın dəm qazından zəhərlənib.

Hadisə şəhərin Aşıq Ələsgər küçəsində qeydə alınıb.

1988-ci il təvəllüdlü İbarahimova Xəyalə Hüseyn qızı yaşadığı evin vanna otağında olarkən dəm qazında zəhərlənib. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib.

Digər zəhərlənmə hadisəsi şəhərin Bakı fəhləsi küçəsində qeydə alınıb. 1994-cü il təvəllüdü Vəliyeva Mədinə Elxan qızı vanna otağında olarkən dəm qazından zəhərlənib. M.Vəliyeva xəstəxanaya yerləşdirilib.

Hər iki xəstənin vəziyyətinin kafi olduğu bildirilir.(APA)