Gəncədə avtomobillə motosiklet toqquşub, xəsarət alanlar var

11 Avqust 2020 - 16:12

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ 2106” markalı minik  maşını ilə motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.