Gəncədə intihara cəhd edən gənc qız son anda xilas edildi

12 May 2021 - 10:42

Gəncədə 20 yaşlı qız intihara cəhd edib.

Bu barədə Oxu.az-a hüquq mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Gəncə şəhər sakini, 2001-ci il təvəllüdlü Əminə İmanova yaşadığı evin həyətində özünü iplə asaraq intihara cəhd edib.

Lakin o, ailə üzvləri tərəfindən xilas edilib və xəstəxanaya yerləşdirilib.

Ə.İmanovanın vəziyyəti ağırdır.