Gəncədə kişi həyat yoldaşına 10 bıçaq zərbəsi vurub

05 Fevral 2021 - 12:10

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Orada yaşayan Aytac Məcidli çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 10 bıçaq xəsarəti alan qadın dərhal əməliyyat olunub. Onun vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumata görə, qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.