“İşğaldan azad edilən ərazilərə getməyin!” –Baş Prokurorluq xəbərdarlıq etdi

Baş Prokurorluq mülki vətəndaşları işğaldan azad edilən ərazilərə getməməklə bağlı xəbərdarlıq edib.

Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan xəbərdarlıqda deyilir:

“Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icazəsiz səyahətlər mülki şəxslərin minaya düşərək həlak olmaları və ya ağır dərəcəli bədən xəsarətləri almaları ilə nəticələnir.

İnsanların polis postlarından yayınaraq və ara yollardan istifadə etməklə işğaldan azad edilən ərazilərə daxil olması nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsinə məruz qalması riski çox yüksəkdir.

İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işi başa çatanadək icazəsiz və ya qanunsuz səfər insanların  həyatı üçün təhlükəli ola bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gəncədə kişi həyat yoldaşına 10 bıçaq zərbəsi vurub

Sonrakı məqalə

“Pakistan şirkətləri azad olunmuş ərazilərdə yenidənqurma işlərində iştirak etmək istərdi” –