Gəncədə binanın 16-cı mərtəbəsindən özünü atmaq istəyən şəxsi Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən son anda xilas edilib.
Hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən 16 mərtəbəli binada qeydə alınıb.
Şəhər sakini, 2003-cü il təvəllüdlü Həsənov Kənan Sahib oğlu sözügedən binanın 16-cı mərtəbəsinə çıxaraq özün atmaq istəyib. Dərhal hadisə yerinə FHN-nin və DİN-nin əməkdaşları cəlb olunub. Uzun sürən danışıqlardan sonra 18 yaşlı gənci fikrindən yayındırıblar.
K.Həsənov binanın dam örtüyündən düşürdülüb, polis şöbəsinə gətirilib, profilaktik söhbətlər aparılıb.
Onun hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki 18 yaşlı gənc bir neçə gün bundan qabaq da həmin binadan özünü atmaq istəyərkən polis əməkdaşları tərəfindən xilas edilib.