Türkiyədə COVID-19-dan 129 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 129 nəfər ölüb.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 7 279 nəfər  COVID-19 infeksiyasına  yoluxub.

Bu gün yeni növ koronavirusdan  sağalan xəstələr 8 902, ağır xəstələr isə 1751 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus  simptomları da müəyyən edilməyən 2 457 118 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 340 216 nəfər sağalıb, 25 605 nəfər isə ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gəncədə özünü hündürmərtəbəli binadan atmaq istəyən 18 yaşlı gənc xilas edilib

Sonrakı məqalə

Xəzər dənizində zəlzələ baş verib