Gənclər və İdman naziri Azad Rəhimov səhhəti ilə bağlı danışdı

Real TV-nin ABŞ bürosu Gənclər və İdman naziri Azad Rəhimovun özü ilə indicə əlaqə saxlayıb”.

Bu barədə TV-nin rəhbəri, məşhur telejurnalist Mirşahin Ağayev məlumat yayıb. O, öz Facebook səhifəsində yazıb:

“Doğrudan da ağ ciyərinin müayinə və müalicəsi ilə məşğul olduğunu bildirən nazir səhhətinin əsasən qaydasında olduğunu deyib. “Narahatlığa heç bir əsas yoxdur!” Sitatın sonu”.

**

Gənclər və İdman naziri Azad Rəhimov komaya düşüb.

Unikal.org-un əldə etdiyi məlumata görə, 4 aydır işə çıxmayan Azad Rəhimovun səhhətində ciddi problemlər yaranıb. O, təcili ABŞ-a aparılıb, orada nazirə ağciyər xərçəngi və qaraciyər serrozu diaqnozu qoyulub. Cərrahi əməliyyat olunan Azad Rəhimovun vəziyyəti pisləşib və komaya düşüb.

Hazırda komada olan nazir ABŞ-da xəstəxanaların birindədir və 4 aydır ki, öz səlahiyyətlərini yerinə yetirə bilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Britaniyada son sutkada 40 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Sonrakı məqalə

Qiyamçılar Mərkəzi Afrika Respublikasının paytaxtını mühasirəyə alıb