Qiyamçılar Mərkəzi Afrika Respublikasının paytaxtını mühasirəyə alıb

Mərkəzi Afrika Respublikasında üsyançı qruplaşmaların paytaxt Bangiyə hücumu ilə bağlı fövqəladə vəziyyət rejimi tətbiq olunub.

BBC News telekanalı xəbər verir ki, hökumət nümayəndəsinin sözlərinə görə, rejim 15 gün qüvvədə olacaq və hərbi qulluqçulara məhkəmə sanksiyaları olmadan həbslər aparmaq imkanı verəcək.

Ölkə ərazisinin təxminən üçdəiki hissəsinə nəzarət edən üsyançılar paytaxtı mühasirəyə alıb. Ordu və BMT-nin sülhməramlı qüvvələri bu hücumu dayandırmağa çalışırlar.

Qiyamçılar prezident Fosten-Arkanj Tuaderanın yenidən bu posta seçilməsinin qanuni olması ilə razılaşmırlar. Ölkə hakimiyyəti isə öz növbəsində zorakılığı qızışdırmaqda sabiq dövlət başçısı Fransua Bozizeni ittiham edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gənclər və İdman naziri Azad Rəhimov səhhəti ilə bağlı danışdı

Sonrakı məqalə

“Dünyada koronavirusa təkrar yoluxma hadisəsi 30-dan çox deyil” –