Azad Rəhimov süni tənəffüs aparatına qoşulub.
Lent.az-ın əldə etdiyi məlumata görə, nazir hazırda koma vəziyyətindədir. Həkimlərin ümidi azaldığı üçün Azad Rəhimovu Azərbaycana gətirməyə qərar veriblər.
Süni tənəffüs aparatına qoşulan nazir yaxın vaxtlarda xüsusi təyyarə ilə Bakıya gətiriləcək.
**
Gənclər və idman naziri Azad Rəhimovun vəziyyəti ağırlaşıb.
Bu barədə APA-ya Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.
O, ağ ciyər xərçəngindən əziyyət çəkən nazirin vəziyyətinin çox ağır olduğunu qeyd edib. A.Rəhimovun səhhəti bir neçə ay əvvəl pisləşib və ABŞ-da əməliyyat olunub. Nazirin komaya düşdüyü bildirilirdi.