Gədəbəydə güclü qar yollarda çətinlikər yaradıb

Gədəbəy rayonuna güclü qar yağıb.

APA-nın yerli bürosunun məlumatına görə, günortadan yağmağa başlayan qar axşama doğru daha da intensivləşib.

Qar örtüyünün qalınlığı rayon mərkəzində 5-10 sm-ə, ucqar kəndlərdə isə 15-20 sm-ə çatır. Qarlı hava şəraiti rayonun mərkəzi, o cümlədən dağ yollarında avtomobillərin hərəkətində çətinlik yaradıb. Bir neçə avtomobil yolda qalıb. Əraziyə DYP əməkdaşları cəlb olunub. Hazırda müvafiq qurumlar tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin bərpası üçün tədbirlər görülür.

Əvvəlki məqalə

Biləsuvarda qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

Sonrakı məqalə

Qırğızıstanda tutulan 5 azərbaycanlı barədə məlumat təqdim edilib