Gədəbəydə mikroavtobusla minik avtomobili toqquşub- Ölən və yaralananlar var

Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Slavyanka kənd ərazisində qeydə alınıb.

Mikroavtobusla “VAZ” markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər hadisə yerində ölüb. Daha 7 nəfər – 1967-ci il təvəllüdlü Şəhla Şəmilova, 1996-cı il təvəllüdlü Solmaz Sadıqova, 1964-cü il təvəllüdlü Mənzər Məmmədəliyeva, 2002-ci il təvəllüdlü Coşqun Abbasov, 1985-ci il təvəllüdlü Sahil İsmayılov və 1963-cü il təvəllüdlü Ağa Ələkbərov isə xəsarət alaraq Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi dezinfeksiya edilib

Sonrakı məqalə

Gürcüstanda azərbaycanlı qətlə yetirilib