Gəlinini doğrayaraq zibil qutusuna atan qaynata ilə bağlı rəsmi məlumat yayıldı –RƏSMİ

Yanvarın 27-də saat 01 radələrində Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yerləşən məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 5 ədəd torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində meyiti aşkar edilmiş naməlum qadının 1989-cu il təvəllüdlü Məhərrəmova Banı Xudayar qızı olması müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla birgə həyata keçirilmiş tədbirlər nəticəsində zərərçəkmişin qayınatası, 1946-cı il təvəllüdlü İdris Məhərrəmovun gəlini Banı Məhərrəmova ilə ailə məişət zəminində mübahisə zamanı sonuncunun baş nahiyəsindən çəkiclə vurub çoxsaylı bıçaq zərbələri yetirərək, onu xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra mətbəx bıçağı və balta ilə meyiti ayrı-ayrı hissələrə parçalayaraq torbalara yığıb məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularına atmasına əsaslı şübhələr müəyyən edilib.

29 yanvar 2021-ci il tarixdə İdris Məhərrəmov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ağdamda Türkiyə-Rusiya Monitorinq Mərkəzinin açılışı oldu

Sonrakı məqalə

Prezident İlham Əliyev və Ərdoğan telefonla danışdılar –