Gəncədə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən yaşayış binalarındakı mənzillərin birində qeydə alınıb.

1954-cü il təvəllüdlü M.Qurbanova, 1987-ci il təvəllüdlü Ş.Qurbanova, 2008-ci il təvəllüdlü V.Qurbanov və 2010-cu il təvəllüdlü A.Qurbanov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Onların sözlərinə görə, yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Qeyd edək ki, zəhərlənən şəxslər bir ailənin üzvləridir. Faktla bağlı araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.