Gəncədə məktəbli itkin düşüb

Gəncədə məktəbli itkin düşüb.

APA-nın məlumatına görə, Gəncə şəhər sakini 2011-ci il təvəllüdlü Elşan Alıməmmədov ötən gün evdən hazırlıq kursuna getmək adı ilə çıxıb, bundan sonra ondan xəbər olmayıb.

Qeyd edək ki, E.Alıməmmədov Gəncə şəhər M.Hadi adına 10 nömrəli məktəbin 9-cu sinif şagirdidir. Hazırda məktəblinin tapılması istiqamətində polis tərəfindən axtarışlar davam etdirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.