Gəncənin icra başçısı küçəyə atılan körpəyə baş çəkib –FOTO

Avqustun 31-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bir neçə gün əvvəl küçədə tapılmış körpəyə baş çəkib, onun vəziyyəti ilə yaxından tanış olub.

Bu barədə APA-ya Gəncə şəhər İH-dən məlumat verilib.

Bildirilib ki, xəstəxanaya yerləşdirilən zaman körpənin vəziyyəti kafi olaraq qiymətləndirilib. İlkin müayinədən sonra laborator analizlər aparılıb və pataloji xəstəliyin olmadığı müəyyən edilib. Hazırda uşağın vəziyyəti yaxşıdır.
Niyazi Bayramov körpənin sağlıq vəziyyətinin nəzarətdə saxlanılması üçün “Gəncə Şəhər Birləşmiş Xəstəxana” publik hüquqi şəxsə müvafiq tapşıqlar verib. Eyni zamanda, Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən uşağın valideynlərinin ən qısa zamanda tapılması istiqamətində tədbir görülməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı, azyaşlının zəruri ehtiyaclarının qarşılanması üçün lazımi ləvazimatlar şəhər rəhbərliyi tərəfindən təmin edilib.
Xatırladaq ki, 5-6 aylıq qız uşağı şəhərin A.Ziyadxanov küçəsində yerləşən 18 nömrəli tam orta məktəbin qarşısında çantanın içində aşkarlanıb. Hüquq mühafizə orqanlarının əməkdaşları körpəni Gəncə Şəhər Uşaq Xəstəxanasına yerləşdiriblər. Hazırda Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində körpənin valideynləri barəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Gəncədə küçədən tapıldığı körpə ilə bağlı polis tərəfindən araşdırma aparılıb.

Gəncə şəhər Baş Polis İdarəsi Nizami rayon polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində məlum olub ki, uşağı polisə təhvil verən Şəmkir rayon sakini Tural Tağıyev olub. O, körpənin anası – Zaqatala rayon sakini Esmira Məmmədova ilə birlikdə əvvəlcədən razılığa gəldikləri kimi uşağı polisə təhvil verib. Hazırda Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində həmin şəxslər barəsində araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Açıq havada işləyən kafelərdə peyvənd pasportu tələb ediləcək?

Sonrakı məqalə

Əfqanıstanın yeni xarici, daxili işlər və müdafiə nazirləri təyin edilib