Gənc yaşlarında içki məclsiləri karyera yüksəlişinə kömək edir –Araşdırma

Gənc yaşlarında spirtli içki qəbul etmək karyera uğurlarına kömək edir.

AzPost bildirir ki, bu barədəNorveç sosiologiya professorunun “The Sunday Times” qəzetində dərc olunan araşdırmasında deyilir.

Nəşr qeyd edir ki, spirtli içki qəbulunun sağlamlığa mənfi təsiri təsdiqlənib. Yeni bir araşdırma isə yeniyetməlik və erkən gənclik dövründə spirtli içki qəbul edənlərin sonradan yaxşı təhsil aldığını və daha yüksək gəlir əldə etdiyini aşkar edib.

Qəzet Oslo Universitetinin sosiologiya professoru Villi Pedersenin tapıntılarına istinad edir. Norveçli alim “Narkotiklərin gözəlliyi və ağrısı” kitabında onilliklər ərzində aparılan tədqiqatlar zamanı bir sıra sərxoş edici maddələrin, o cümlədən spirtli içkilərin faydalarını aşkar etdiyini bildirir. Onun tədqiqatı göstərir ki, birgə içki məclisləri gənclərə karyeralarında irəliləməyə kömək edir.

Pedersen və həmkarları 18 il ərzində 13-31 yaş arası 3000-dən çox norveçlinin içki vərdişlərini izləyiblər. Karyera inkişafı üçün müsbət katalizator nümunəsi olaraq tədqiqatçı səs-küylü əyləncələri və spirtli içkilərlə bağlı pis davranışları ilə məşhur olan Oksford Universitetindəki Bullingdon Klubunu misal gətirir.

Boris Conson da daxil olmaqla, üç keçmiş Britaniya baş naziri bu klubun üzvü olub. “The Sunday Times” qəzeti vurğulayır ki, alkoqolizmin özlüyündə sağlam karyera strategiyası olduğuna dair heç bir dəlil yoxdur. Bundan əlavə, eyni araşdırma erkən yeniyetməlik dövründən müntəzəm olaraq çox miqdarda spirtli içki qəbul edənlərin sonrakı həyatlarında daha az uğurlu olduqlarını aşkar edib. Pedersen özü təkbaşına içki içməyin təhlükələri barədə xəbərdarlıq edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.