“Gənclərə yol vermək lazımdır, özüm isə direktor vəzifəsinə gedirəm”- Akif Əlizadə istefasını açıqladı

“İstefa verirəm. Hesab edirəm ki, vaxtdır, gənclərə yol vermək lazımdır. Səhhətimdə də müəyyən problemlər var”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə istefa ərizəsi ilə bağlı REAL-a açıqlamasında deyib.

A.Əlizadə bildirib ki, bundan sonrakı fəaliyyətində də elmlə məşğul olacaq:

AMEA-nın Geologiya İnstitutuna direktor vəzifəsinə gedirəm. Akademiyanın vəziyyəti bu gün yüksəliş yolundadır. İnanırasm ki, Akademiyanın bundan sonrakı inkişafı daha iri addımlarla gedəcək. Gənc kadrların gəlməsi, magistratura yolunun davamı ildən ilə AMEA-nən bütün isitiqamətlərinə hiss olunur. Prezidentin qayğısı ilə bu inkişaf davam etdiriləcək”.

“Akademiyada yerinizə iddialı nə qədər adam var” sualına isə A. Əlizadə belə cavab verib:

“Bu barədə düşünməmişəm. Akademiyanın üzvlərindən bu vəzifəyə layiqli insanlar var”.

“Geologiya İnstitutuna direktor vəzifəsinə təyin olunmaq sizə yaş baxımından problem yaratmayacaq ki” sualına cavabında isə A.Əlizadə bildirib ki, problem yaranarsa, oradadan da labaratoriya müdiri keçər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vergilər Nazirliyi Mikayıl Cabbarova tabe edildi –

Sonrakı məqalə

Keçmiş prezident və ailə üzvlərinin təminatı üçün 327 min manat vəsait ayrılacaq