Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Gənclər Fondu “Şuşa İli” ilə bağlı qrant müsabiəqsi elan etdi

User 09 İyun 2022 - 21:23 (Last updated: 21 May 2025 - 20:15)
susa xari

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncamını və gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını rəhbər tutaraq Azərbaycan Respublikasının Gənclər Fondu gənclər təşkilatlarını “Şuşa İli”nə həsr olunmuş layihə müraciətlərini  təqdim etməyə dəvət edir.

Layihə təklifləri Gənclər Fondunun elektron xidmətlər sistemi vasitəsi ilə 30 iyun 2022-ci il tarixinədək təqdim olunmalıdır. Layihə təkliflərinə həyata keçirilməsi nəzərdə tutulan layihələrin təqdimatları (ppt formatında) mütləq əlavə olunmalıdır.

Təqdim olunacaq layihələrin mövzusu:

Azərbaycan Respublikasında “Şuşa İli”nin elan edilməsi ilə bağlı tədbirlərin təşkili.

  • Gənclərin Şuşanın tarixi və mədəni irsi ilə bağlı maarifləndirilməsi
  • Şuşanın tarixi, mədəniyyəti, təbiəti, abidələri, özünəməxsus ənənələri barədə araşdırmalar
  • Şuşaya qayıdış prosesində gənclərin həvəsləndirilməsi və iştirakı
  • Əcnəbi tələbələrin və gənc tədqiqatçıların Şuşanın tarixi və mədəni abidələri və orada aparılan bərpa-quruculuq işləri ilə tanış edilməsi
  • Şuşa şəhərində reallaşdırılacaq start-up layihələri

Təqdim olunacaq layihələrin formatı:

Təqdim olunacaq layihələr çərçivəsində Şuşanın tarixi və mədəni irsinin, işğal dövründə Şuşanın tarixi, dini, maddi mədəniyyət abidələrinə vurulmuş zərərin gənc tədqiqatçıların cəlb olunması ilə araşdırılması; Şuşanın onlayn və rəqəmsal alətlər vasitəsi ilə təbliği; Azərbaycanda və xarici ölkələrdə “Şuşa İli”nə həsr olunmuş gənclər tədbirlərinin təşkili; Gənclərin Şuşaya qayıdış prosesinə dəstək təşəbbüsləri və “Şuşa İli” ilə bağlı digər innovativ layihə formatları nəzərdə tutula bilər.

Layihələrin müddəti və məkana dair tələblər:

Layihələrin icra müddətinin 3 ay olaraq müəyyən olunması tövsiyə olunur.

Həmçinin, layihələrin icrası tam və ya qismən Şuşa şəhərində baş tutmalıdır.

Müraciət edən gənclər təşkilatlarına dair tələblər:

“Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsindən kənar gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi Qaydası”na əsasən Müraciət edən gənclər təşkilatları aşağıda göstərilən xüsusi tələblərə cavab verməlidir:

  • son 2 il ərzində ən azı 3 layihə həyata keçirməlidir;
  • son 1 il ərzində fəaliyyəti ilə bağlı ətraflı hesabatı Fonda təqdim etməlidir;
  • qeydiyyatda olduğu şəhər/rayonda davamlı fəaliyyəti mövcud olmalıdır;
  • cəmiyyətə açıq olmalıdır və internet şəbəkəsində daim yenilənən veb-sayta və ya sosial şəbəkələrdə hesablara malik olmalıdır.

Layihələrin təqdim olunmasına dair əsas tələblər:

Fond tərəfindən maliyyələşdirilən layihəsinin icrası başa çatmış, lakin müqavilədə müəyyən edilmiş son tarixə qədər hesabatı Fonda təqdim etməyən gənclər təşkilatlarının müraciətlərinə baxılmır.

Layihələrin qiymətləndirilməsi və maliyyələşdirilməsi Azərbaycan Respublikasının Prezidentinin 29 avqust 2018-ci il tarixli 253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın 10.1.1-ci yarımbəndinə müvafiq olaraq hazırlanmış “Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsindən kənar gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi Qaydası”na əsasən aparılır.

Post navigation

Previous: Rusiya XİN Lavrovun Fərrux kəndi ilə bağlı dediklərinə düzəliş etdi
Next: Finlandiya Rusiya ilə sərhəddə hasar çəkəcək

Oxşar xəbərlər

yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03
5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08

xƏBƏR

zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında üçtərəfli formatda ilk texniki görüş noyabrın birinci yarısında Birləşmiş Ərəb Əmirliklərinin...
Read more about Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı
Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.