Gənclər və İdman Nazirliyi Azad Rəhimovla bağlı müraciət etdi:"Çaşqınlıq yaratmayın"

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova nazir Azad Rəhimovla bağlı mətbuata müraciət edib.

S.Məmmədova müraciətdə bildirib: “Hörmətli media nümayəndələri! Hər birinizin narahatlığını başa düşür, anlayışla qarşılayıram. Hər birinizə Azad müəllim üçün etdiyiniz dualar, dediyiniz xoş sözlər üçün dərin təşəkkür edirəm. Sizdən son dərəcə xahiş edirəm, əsaslanmamış informasiyaları yayıb çaşqınlıq yaratmayın. Bu onun ailəsinə, doğmalarına çox pis təsir edir. Telefonum hər biriniz üçün açıqdır və daima əlaqədəyik. Bacardığım qədər sizi bundan sonra da məlumatlandıracam”.

Qeyd edək ki, KİV-də nazirin vəfat etdiyi və nəşinin Azərbaycana gətirildiyinə dair məlumat yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Biz də Ermənistandan soruşuruq ki, mina xəritələri necə olacaq?” –

Sonrakı məqalə

“Həlak olan erməni hərbçilərinin meyitlərinin axtarışı üçün şərait yaradılıb” –