“Biz də Ermənistandan soruşuruq ki, mina xəritələri necə olacaq?” –Litva XİN rəhbəri

“Ermənistanda olanda biz minalanmış ərazilərin xəritələri barədə onlardan da soruşduq. Biz soruşuruq ki, necə olacaq? Bu sualı biz də Ermənistanın qarşısında qaldırırıq”.

Bunu Bakıda səfərdə olan Litvanın xarici işlər naziri Gabrielius Landsbergis azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“Regionda təhlükəsizliklə bağlı vəziyyətin yaxşılaşdığını görürük, amma həll olunmamış məqamlar var. Biz də düşünürük ki, nə edə bilərik? Regionda uzunmüddətli sülhün saxlanılması üçün tədbirlər görülməlidir. Bu, Azərbaycanın marağındadır, Azərbaycan da bilmək istərdi ki, sərhədin o tərəfindən təhlükə gəlməyəcək?”, – deyə Litva XİN başçısı bildirib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ermənistanla münasibətlərin normallaşmasına tərəfdarıq” –

Sonrakı məqalə

Gənclər və İdman Nazirliyi Azad Rəhimovla bağlı müraciət etdi: