Dünən Gəncə şəhərində alüminium zavodunun direktoru Cəmil Səfərov dünyasını dəyişib.
AzPost bildirir ki, Oxu.az meyiti maşınında tapılan iş adamı ilə bağlı yeni detalları əldə edib.
Belə ki, C.Səfərov həm də Azərbaycan Texnologiya Universitetinin Kimya və metallurgiya kafedrasının professoru olub. Professor, həmçinin dünən Azərbaycan Mühəndislik Akademiyasının müxbir üzvü seçilib və buna görə ona diplom təqdim edilibmiş.
O, yaşadığı binanın qarşısında şəxsi avtomobilində ölü tapılıb.
Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.
