Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Gənc Qəhrəmanlarımızı Tanıyaq!” layihəsi çərçivəsində maarifləndirici görüş keçirilib

User 19 May 2026 - 10:40 (Last updated: 19 May 2026 - 13:28)
qht qazax

Qazax rayonunda “Gənc Qəhrəmanlarımızı Tanıyaq!” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş keçirilib.18 may 2026-cı il tarixində Qazax rayonunun I Şıxlı kəndində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən“Gənc Qəhrəmanlarımızı Tanıyaq!” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş təşkil olunub.

Tədbirin əsas məqsədi 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə şəhid olmuş, o cümlədən Qazax rayonundan olan 59 şəhidin xatirəsinin əbədiləşdirilməsi, onların həyat və qəhrəmanlıq yolunun gənc nəslə tanıdılması, şəhid ailələrinə mənəvi dəstəyin göstərilməsi və gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyə olunması olub. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihə və donor təşkilat haqqında iştirakçılara ətraflı məlumat verərək bildirib ki, layihənin əsas məqsədi Qazax rayonundan olan şəhidlərin qəhrəmanlıq salnaməsini gənclərə daha yaxından tanıtmaq, onların vətən sevgisini və milli dəyərlərə bağlılığını gücləndirməkdir. O qeyd edib ki, layihə çərçivəsində gənclərlə veteran və qazilərin iştirakı ilə silsilə görüşlərin keçirilməsi, bilik yarışı və şahmat turnirinin təşkili nəzərdə tutulur. Bu təşəbbüslər gənclərin intellektual inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə və cəmiyyətə faydalı fərd kimi formalaşmalarına xidmət edir.

Daha sonra çıxış edən “Mübarizlər” İctimai Birliyinin Qazax zonası üzrə sədri müharibə veteranı  şəhid atası Vaqif Nəsibov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Tural Mustafayev şəhidlərimizin qəhrəmanlığından, onların keçdiyi şərəfli döyüş yolundan və gənclərin vətənpərvərlik ruhunda formalaşdırılmasının vacibliyindən danışıblar.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan gəncliyi hər zaman dövlətinə və xalqına bağlı olmalı, milli-mənəvi dəyərləri qorumalı və şəhidlərimizin əmanəti olan Vətənə layiq vətəndaş kimi yetişməlidir. Bildirilib ki, belə layihələr gənclərin tarixi yaddaşının möhkəmləndirilməsi və milli həmrəyliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirin sonunda məktəblilər və gənclər mövzu ilə bağlı fikirlərini bölüşərək şəhidlərimizin xatirəsinin hər zaman uca tutulacağını bildiriblər. Görüş qarşılıqlı müzakirələr və diskussiya şəraitində davam edib.

Fotolar

AzPost.az

Post navigation

Previous: Tarkan ilə dünya ulduzu Dua Lipa birgə oxuyacaq
Next: Bir bilet həyatını dəyişdi

Oxşar xəbərlər

mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32
zaur rza
  • Sosial

Xalq artisti Zaur Rzayev vəfat edib

User 29 Oktyabr 2026 - 19:08
bank
  • Sosial

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir

User 29 Oktyabr 2026 - 19:01

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.