G20 maliyyəçiləri koronavirusa görə toplanır- Dünya iqtisadiyyatına təsirini müzakirə edəcəklər

Yeni növ koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyinin yayılmasının dünya iqtisadiyyatına təsiri fevralın 22-23-də Səudiyyə Ərəbistanında keçiriləcək G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşünün əsas mövzusu olacaq.

Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məlumata görə, görüş iştirakçıları məhsul tədarükü zəncirinin pozulmasına və turist axınının azalmasına səbəb olan mövcud vəziyyətlə əlaqədar mümkün əks-tədbirlər barədə müzakirə aparacaqlar.

Qeyd edək ki, yeni növ koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyi 2019-cu il dekabrın sonlarında Çinin Uhan şəhərindən yayılmağa başlayıb(report).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazirlik:

Sonrakı məqalə

Ərdoğan Azərbaycana səfərə gəlir